azerbaycan video

Bayram Axşamı (Tam Film)

1 Görünümler
Azerbaycan
Azerbaycan
02/04/23

Bayram Axşamı tam metrajlı komediya filmidir.Bir novruz əfsanəsindən bəhs edən bu film Bakıda milli bayramımız olan Novruzun təmtəraqlı surətdə qeyd olunduğu ərəfədə 30 yaşlı şəhər sakininin başına gələn maraqlı hadisələrdən bəhs edir. Uğursuz həyat sürən Bayram məhz bu Novruz bayramında butun uğursuzluqlara son qoymaq əzmindədir. Adət-ənənəyə uyğun olaraq o da arzu tutub tonqaldan atlanır. Dilədiyi arzu isə uşaq kimi problemsiz həyat sürməkdir! Lakin arzudanda arzuya fərq var. Ağlasığmaz vəziyyətə düşmək istəmirsizsə nə arzu etdiyinizə fikir verməlisiz. Yoxsa bizim filmin qəhrəmanı kimi çıxılmaz vəziyyətdə qala bilərsiz. Həyata keçməsini dilədiyi bir arzu onun həm həyatını alt-üst etdi həmdə onun dostlarını,nişanlısını və bütün ətrafındakı insanları şoka saldı. Düşdüyü gülünc və inanılmaz vəziyyətdən isə çıxış yolunu heç kim tapa bilmir. Üstəlik toyuna sayılı günlər qaldığı üçün vəziyyət daha da qəlizləşir. Hər keçən gün onun həyatı daha da çətinləşir.Buraxılış tarixi: 02.04.2017Ölkə: AzərbaycanJanr: KomediyaMüddət: 1 saat 40 dəqiqəKeyfiyyət: HDTərcümə: AzərbaycanRejissor:Toğrul MəmmədovSenari müəllifi:Cəmil MəmmədliToğrul MəmmədovRollarda:İslam MehrəliyevOksana RəsulovaCəmil MəmmədliMurad DadaşovƏkbər ƏlizadəAsya AbdullayevaMiri YusifFirəngiz Mütəllimova

Daha fazla göster

0 Yorumlar Göre sırala

Hiçbir yorum bulunamadı