azerbaycan video

Haci Mubin & Seyyid Taleh - RAMAZAN (Official Video) 2021

0 צפיות
Azer Baycan
Azer Baycan
02/13/23

Seyyid Taleh Boradigahi & Hacı Mubinin yeni ilahisi "Ramazan " YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Muhəmməd Vilayi
Mus : Mohamed Tarek və Mohamed Youssef
Aranjiman : Fəriborz Xatəmi
Produser : Hacıağa Qurbanov
Rejissor : Anar İslam
Operator və montaj : Rəşad Yusif
İşıqçı : Raqif Həmzə
Qrimçi rəssam : Təranə Cəfərova


Öz süfrəsin xalqa açıb Allah
Aylar dolandı çatdı Şəhrullah
Rəhmət yağır dünyaya yer göydən
Ehsan ayı gəldi

Yoxdur tayı aylarda, bu təkdir
Başdan başa bu ay mübarəkdir
Eylər xəbər bilsin müsəlmanlar
Quran ayı gəldi

Ramazan, təksən, mübarəksən
Allah səni xəlq eyləyibdir ayların şahı
Sənsən mənim Allahımın rəhmətli bir mahı
Ay ayların şahı

Ramazan, on bir ayın şahı
Ramazan ay Allahın mahı

On bir ayın sultanı görsəndi
Cənnət Mələkləri yerə endi
Möminlərin bu ay qəbul eylər
Allah, munacatın

Hər kim bu ay bir ayə Qurandan
Etsə tilavət, əhli imandan
Allah verər bir xətmi Quranın
Əcrin, mükafatın

Ramazan, təksən, mübarəksən
Allah səni xəlq eyləyibdir ayların şahı
Sənsən mənim Allahımın rəhmətli bir mahı
Ay ayların şahı

Ramazan, on bir ayın şahı
Ramazan ay Allahın mahı


Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

Telegram 👇
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #HaciMubin #Ramazan

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

להראות יותר

לא נמצאו הערות