azerbaycan video

Seyyid Fariq - ilahi (Official Video) 2021

0 Görünümler
Azer Baycan
Azer Baycan
02/13/23

Seyyid Fariq Boradigahinin yeni ilahisi "İlahi" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Sözləri

Əlim boşdur üzü qarə mənəm
Sənə sarı köməy eylə gələm
Günahlarım
məni səndən salıb ayrı ilahi

Əlim boşdur,
Gözü yaşlı mənəm
Xətalarım, sənə qoymur gələm
Mənə rəhm et
Bu qəlb səndən qalıb ayrı,ilahi

Məni bağışla ey Xuda
Canım ola sənə fəda
Yoxumdur özgə bir qapım
Gedim ki eyləyim rica
Pənah gətirmişəm,
Qapındayam, bağışla ya Rəbb.

Böyükdü rəhmətin sənin
Bağışla ey Xuda məni
Günah üstə günahlarım
Edibdi dərbədər məni
Bu xəstə könlümün,
Əlacısan yeganə, ya Rəbb .

Əlimdən tut mənə rəhm et özun
Rəuf Allah sənə vardır sözum
Peşimanem
Xetakarəm gunahkarəm ilahiii

Əlimdən tut sən ey əfv eyliyən
Məhəbbətlə məni xəlq eyliyən
Bəlalərdən
Bu dünyadə məni hifz et ilahi

Məni bağışla ey Xuda
Canım ola sənə fəda
Yoxumdur özgə bir qapım
Gedim ki eyləyim rica
Pənah gətirmişəm,
Qapındayam, bağışla ya Rəbb.

Böyükdü rəhmətin sənin
Bağışla ey Xuda məni
Gunah uste gunahlarım
Edibdi dərbədər məni
Bu xəstə könlümün,
Əlacısan yeganə, ya Rəbb .


Söz : Rafail Zülfüqarov
Mus : Ehaam
Aranj : Fəriborz Xatəmi



Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

Telegram 👇
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #SeyyidFariqBoradigahi #İlahi

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Daha fazla göster

0 Yorumlar Göre sırala

Hiçbir yorum bulunamadı