azerbaycan video

Seyyid Peyman - Ey İnsan ( Official Video )

0 विचारों
Azer Baycan
Azer Baycan
02/13/23

Seyyid Peyman Boradigahinin yeni ilahisi "Ey İnsan" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz :Tərlan Hüseynov
Musiqi : Morteza Pashaei
Aranj : Yavuz Taşkın
Operator : Farid Həsənov
Montaj : Pərviz Niyazoğlu
Dron : Əfqan Məmmədov

Musiqiyə görə, Türkiyəli ilahı sanatçı Abdullah Beyhan bəyə təşəkkür edirik.


Ey İnsan - Sözlər :

Bilə insan əgər özünün dəyərin
Uzaq eyləyər o küfürün xətərin
Düşünər həyatın sınaq olduğunu
Unudar həyatın acı qəm kədərin

Ölümü dadacaq axır hər yaranan
Dönəcək yenədə sənə ey yaradan
Hər öz əməlin alacaq əlinə
Yetəcək köməyə xoş əməl o zaman

Ey insan bu ömrü çalış vermə badə
Ömürdən dəyərnən xoş et istifadə
Çalış bu həyatda nə qədri var imkan
Amandır bu fürsət puç olsun nəbadə

Dəyərli ömür sür ki şad ol
Həyatdan köçərkəndə yad ol

Köçənlər kimi bizde bir gün köçərik
Gedən karivanə qoşulub gedərik
Düşün ki gələnlər gedərlər ey insan
Nə əkdiksə bir gün nəhayət biçərik

Dəmadəm yol eylir bu karvan
Qonağdır bu dünyadə insan

Bu həyat əbədi həyat olmayacaq
Mənə qalmayacaq sənə qalmayacaq
Gözəl işlərimiz gözəl azuqədir
Gözəl işlərimiz hədər olmayacaq



Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

Telegram 👇
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #SeyyidPeymanBoradigahi #Eyİnsan

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

और दिखाओ

0 टिप्पणियाँ इसके अनुसार क्रमबद्ध करें

कोई टिप्पणी नहीं मिली