azerbaycan video

Seyyid Taleh - Babel hevaic (Official Video) 2020

0 Görünümler
Azer Baycan
Azer Baycan
02/13/23

Seyyid Taleh - Babel hevaic (Official Video) 2020

Sözləri :

Ey dərdi bi dərmanlara dərman Əbəlfəzl
Babəl həvaic şəninə qurban Əbəlfəzl

Ey hamının hər yerdə ümmüdü pənahı
Həsrət çəkən zəvvarların poştu pənahı
Məzlumların səndən sonra yoxdur pənahı
Ol mənsəbu imanına qurban Əbəlfəzl

Hər kəs sənin əl atsa, tutsa damənindən
Hər giz qayıtmaz dəsti xali məhzərindən
Əl çəkmərik biz də sənin pak damənindən
Göz tikmişik ehsanına qurban Əbəlfəzl

Ey Kərbəla meydanının rəhmət huması
Şənin böyük, qəbrin kiçik, var macərası
Bəski vurublar cisminə peykan yarası

Qəlbim olub hicran qəmində şanə-şanə
Şeşguşə qəbrin həsrəti od vurdu canə
Bu həsrəti qəbrə aparram yanə-yanə
Babəl həvaic canına qurban Əbəlfəzl

Söz : La ədri
Mus : Seyyid Taleh Boradigahi
Aranjiman : Fəriborz Xatəmi
Ney : Bəxtiyar Rəncbər
Operator : Ramiq Tağızadə, Nizami Eyvazov
Montaj : Məmmədağa Vəliyev

Çəkilişə göstərilən dəstəyə görə İNTER AZ-tv yə, xüsusi ilə hörmətli ilahiyyatçı, alim Haci Mətləbə və
studyo xərclərinə etdiyi köməkliyə görə Məhbubə xanıma minnətdarliqimizi bildiririk ! Uca Allah mükafatlarını versin

Rəsmi kanalımıza abunə olun 👇
http://wedia.link/UPbm1

Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #BabelHevaic #SeyyidTalehBabelHevaic

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Daha fazla göster

0 Yorumlar Göre sırala

Hiçbir yorum bulunamadı