azerbaycan video

Seyyid Taleh - Sheyxim - Tasavvuf, ilahi music (Official Video) 2021

0 Pogledi
Azer Baycan
Azer Baycan
02/13/23

Hər gün yeni səhifədən başlayan biz, yolun sonunda əməl dəftərimizə yazdıqlarımızla baş başa qalırıq. Hər birimiz böyük mücadilələr göstərərək, ilk öncə öz nəfsimizə və təkəbbürə qalib gəlib, haqq yolunu tapırıq, və anlayırıq ki, bu son deyil.. əksinə, sonsuzluğun və əbədiyyətin başlanğıcıdır.

Seyyid Taleh Boradigahinin yeni ilahisi "Şeyxim" "Tasavvuf, İlahi Musiqi" YouTube'da yayında.

Söz, mus : Elvin Nasir
Aranjıman : Rasim Əsgərov
Səs uzlaşması : Rüfət Behbudov & Fəriborz Xatəmi

Sözləri 👇🏼

Məni al bu dünyadan
Oyanım bu röyadan
Bir ömür arxanca gəzim
Sən mənə haqq göstər

Qoru məni özümdən
As pərdəni gözümnən
Günəşimi söndür bir günlük
Haqq gecə görsənsin

Qəlbinnən qəlbimə yollar çək
Mənə yolları göstər tək bə tək
Hər tərəfdə atəşlər yansın
Külləri al torpağa güllər ək

Şeyxim məni bircə dəfə apar Allaha nə olar Səni and verirəm Allaha
Şeyxim məni bircə dəfə apar Allaha nə olar Səni and verirəm Allaha


Sıfırım var birim yox
Gecələr təkbirim yox
Əlimdə bir açarım vardır
Ama zəncirim yox

Qulaq həsrət azana
Belə qismət yazana
Ətim əgər bişməyibsə
Atma qazana

Şeyxim məni bircə dəfə apar Allaha nə olar Səni and verirəm Allaha
Şeyxim məni bircə dəfə apar Allaha nə olar Səni and verirəm Allaha


Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Facebook 👇
http://wedia.link/7uUqF

instagram 👇
http://wedia.link/p3N5X

Tiktok 👇
http://wedia.link/C7OzV

Twitter 👇
http://wedia.link/ZuDU3

Telegram 👇
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #Sheyxim #Tasavvuf

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Prikaži više

0 Komentari Poredaj po

Nema komentara